Piyadanın ölümündə təqsirləndirilən şirkət sürücüsünə HÖKM OXUNDU

Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elməddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Xəyal Bədəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Ağayev 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 25 noyabr 2023-cü il tarixdə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü E.Ağayev idarə etdiyi "Schmıtz" markalı yük avtomobili ilə yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Tərlan Mirzəyevi vurub. Yaralı adlığı xəsarətlərdən dünyasını dəyişib. E.Ağayevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb. O, şirkətləin birində sürücü vəzifəsində çalışırmış. Qəzanın baş verdiyi yük avtomobili də həmin şirkətə məxsus olub./e-huquq.az