Pentaqon narkotik daşıyan gəmi heyətini qəsdən sağ qoymayıb - "Washington Post"

Pentaqon rəhbəri müharibə cinayətində şübhəli bilinir.

Stopnarkotik.az xəbər verir ki, bu iddianı "Washington Post" qəzeti səsləndirib.

İddiaya görə, Pit Heqset narkotik daşımaqda şübhəli bilinən gəminin bütün heyətinin məhv edilməsini şifahi şəkildə əmr edib.

İki sağ qalan şəxs aşkar edilən zaman isə admiral Frank Bredli gəmiyə ikinci bir zərbə əmri verdiyi iddia edilir. Bu qərar müharibə cinayəti hesab olunur.

İttihamlar fonunda Ağ Ev Heqseti qəbul edilmiş qərardan uzaqlaşdırmağa çalışır. 

Stopnarkotik.az