Pentaqon "Müharibə nazirliyi" adlanacaq - TRAMPDAN FƏRMAN

ABŞ prezidenti Donald Tramp Pentaqonun adının dəyişdirilməsi ilə bağlı sərəncam imzalamağa hazırlaşır. Pentaqonun yeni adı "Müharibə nazirliyi" olacaq.

“Fox News” xəbər verir ki, o, sənədi sentyabrın 5-də imzalayacaq.

Telekanalın məlumatına görə, bu qərar Pentaqonun rəhbəri Pit Heqsetlə razılaşdırılıb. Ağ Ev izah edir ki, təşəbbüs Amerika hərbi departamentində “hərbi etika”nın formalaşdırılması kampaniyası ilə bağlıdır.

Bu, Pentaqonun yarandığı gündən bəri ilk adının dəyişdirilməsi olacaq. 

Stopnarkotik.az