Pensiya fondu əlavə 566 milyon manatı haradan toplayıb? – Ekspert bunu yanlış sayır

2024-cü ildə ərzində pensiya fonduna məcburi sosial sığorta haqları üzrə ödəmələr 566,5 milyon manat (10,9 faiz) artaraq 5,7 milyard manata çatıb.

Bu barədə Dövlət Vergi Xidmətinin yadığı məlumatda bildirilir.

Məlumatda bildirilir ki, qeyri-büdcə təşkilatları üzrə ödəmələr 13,7 faiz artıb və 3,8 milyard manat təşkil edib.

İqtisadçı Rövşən Ağayev isə Xidmətin göstərdiyi artım rəqəmləri ilə razılaşmır.

“Əsas sual budur: "qeyri-büdcə təşkilatları" dediyiniz qrupun içərisində SOCAR daxil olmaqla bütün iri dövlət şirkətləri, dövlət mülkiyyətində olan və ümumi maaş dövriyyəsi 100 milyon manatlarla ölçülən bütün publik hüquqi şəxslər də var” – deyə, o, bildirib.

Niyə statistik hesabatlılıqda "qeyri-büdcə" kimi heç bir mülkiyyət formasına uyğun gəlməyən bölgüdən imtina edib, dövlət və özəl sektor bölgüsündən istifadə edilmir?” – deyə, ekspert sual edir./azpolitika.info