Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Penitensiar Xidmətin baş inspektoru Rasif Əmirovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Binəqədi Rayon Məhkəməsi R.Əmirovun barəsində bəraət hökmü çıxarılıb. Məhkəmə 1984-cü il təvəllüdlü R.Əmirovun təqsirliliyinin sübuta yetirilmədiyini bəyan edib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.
Qeyd: Bir neçə vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edərək R.Əmirovun onları aldadaraq ümumilikdə 37 min manat vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyini iddia edib. Daha sonra R.Əmirov barəsində cinayət işi açılıb.
R.Əmirov 2005-ci ildən Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb.
Hökmdən narazı qalan zərərçəkmişlər kassasiya şikayəti veriblər./pravda.az