Paytaxtda kombi oğruları tutuldu - BİRİ NARKOTİKLƏ ƏLAQƏDAR HƏBSDƏ OLUB

Binəqədi rayonunda oğurluq edənlər saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Binəqədi rayonu ərazisində obyektlərin birindən 800 manat, yarımtikilidən isə 1800 manat dəyərində kombi aparatı və su mühərrikinin talanması barədə ərazi polis orqanına məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Z.Paşayev və əvvələr narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş R.Talıbov müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.