Gürcüstanda surroqat analığın qara bazarı təşviş doğurur - AÇIQLAMA

Gürcüstan surroqat analıq üçün qara bazarla bağlı həyəcan təbili çalır.

Stopnarkotik.az xəbər verir ki, Sosial Ədalət Mərkəzinin məlumatına görə, ölkədəki surroqat analıq sənayesi insan alveri, sistematik zorakılığa əsaslanır və hökumətin araşdırmasını, eləcə də müvafiq qanunvericiliyin vaxtında tənzimlənməsini tələb edir.

"Gürcüstan surroqat analığa, o cümlədən əcnəbilər üçün kommersiya surroqat analığa tam icazə verilən azsaylı ölkələrdən biridir. Məhz bu tənzimlənməmiş və ucuz mühit səbəbindən Gürcüstan surroqatlıq mərkəzinə çevrilib", deyə hesabatda bildirilir.

Mərkəzin məlumatına görə, 2019-cu ildən 2024-cü ilə qədər Gürcüstanda surroqatlıq yolu ilə 4674 uşaq dünyaya gəlib.

Stopnarkotik.az