İşə düzəltmək adı altında dələduzluq edən qadın saxlanıldı

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Zərərçəkənin “işə düzəltmək” vədi ilə aldadılaraq ümumilikdə 4000 manatının ələ keçirilməsi barədə polisə müraciəti daxil olub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı S.Əhmədova müəyyən olunaraq saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.