Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində marşrut avtobusunda bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Bəkirov müəyyən olunaraq saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində bir nəfər şəxsin mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ç.Rəhimov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.