Paytaxtda bank kartından oğurluq edən şəxs saxlanıldı

Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 3000 manatını oğurlamaqda şübhəli bilinən Azər Əliyev müəyyən olunaraq saxlanılıb. 

Stopnarkotik.az xəbər verir ki, o, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxlanıb.

Faktla bağlı araşdırma aparılır.