Paşinyanın silahdaşlarından İDDİA: ruslar torpaqları Azərbaycana verir

Paşinyanın partiyası "Vətəndaş sazişi"ndən olan bəzi deputatlar iddia irəli sürürlər ki, rus sülhməramlıları torpaqları Azərbaycana verir.

“Rusiyalı müşahidəçilərin Ermənistanda olması ona qarşı yeni təcavüz üçün bəhanə ola bilər və bunun bir çox nümunəsi var. Məsələn, Rusiya öz sülhməramlılarını və sərhədçilərini Ermənistanla Dağlıq Qarabağ ərazilərində yerləşdirməklə öz üzərinə müəyyən öhdəliklər götürdü. Lakin onlar sonra geri çəkilirlər və dərhal onların yerində Azərbaycan əsgərləri peyda olur. Bu, müəyyən narahatlıq doğurur”, deyə hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Vigen Xaçatryan bildirib.

O, "Müşahidəçilər də belə edə bilər. Onlar ya onlara həvalə olunmuş ərazini tərk edə, ya da bu və ya digər sərhəd hadisəsi ilə bağlı son dərəcə ziddiyyətli açıqlamalar verə bilərlər", deyə əminliyini ifadə edib.

Stopnarkotik.az