Ermənistan İstintaq Komitəsi ölən hərbçinin anasını baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması ilə bağlı saxlayıb.
Stopnarkotik.az xəbər verir ki, Paşinyanın oğlu küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə təsadüfən rastlaşıb.
Həmin şəxslər Aşotu maşına əyləşməyə dəvət edib.
“Aşot Paşinyan onun davranışını qeyri-adekvat hesab edərək maşını saxlamağı tələb edib. Amma qadın itirəcəy heç bir şeyin olmadığını bildirərək onu öldürüb Yerablur qəbristanlığına aparacağını deyib”, - deyə qeyd olunub.
Baş nazirin oğlu gənc maşından düşə bilsə də, onu başqası vurub.
Oğurluq maddəsi ilə iş açılıb, qadın saxlanılıb. Hadisənin bütün motivlərinin müəyyən edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Aşot Paşinyanın xəsarət alması faktı üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib.
Stopnarkotik.az