Paşinyanın oğlunu oğurlamaqda ittiham olunan qadın aclığa başladı

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa cəhddə şübhəli bilinən və hazırda istintaq təcridxanasında saxlanılan Qayane Akopyan aclıq aksiyasına başlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

O, hüquqlarının pozulmasına etiraz edir. Q.Akopyan A.Paşinyanla üzləşdirilməsi tələbini irəli sürüb.

O, tələbləri yerinə yetirilməyənədək aksiyanı dayandırmaq fikrində deyil.

Qeyd edək ki, mayın 17-də A.Paşinyanın oğurlanmasına cəhd olub.

"Oğulların harayı" adlı ictimai təşkilatın nümayəndələri Aşot Paşinyanı zorla maşınlarına mindiriblər, amma avtomobilin yolda bir anlıq dayanmasından istifadə edən A.Paşinyan maşından düşüb qaçıb, bu zaman isə "Oğulların harayı" təşkilatının arxadan gələn digər avtomobili onu vurub.

Ayağından yaralanan A.Paşinyan faktla bağlı polisə müraciət edib.

Hadisə onun yaşadığı evin qarşısında qeydə alınıb.

Məlumata görə, Q.Akopyan İkinci Qarabağ müharibəsi zamanı həlak olan hərbçilərdən birinin anasıdır.