Bişkekdə KTMT-nin zirvə toplantısı keçirilir. Zirvə toplantısı məhdud formatda başlayıb.
İştirakçılar arasında Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Prezidenti Emoməli Rəhmon var.
İştirakçılar əməliyyat və döyüş təlimi, KTMT böhranlara cavab sisteminin təkmilləşdirilməsi və informasiya və analitik iş sahəsində birgə fəaliyyət məsələlərini müzakirə edəcəklər.
Ermənistan sammitdə iştirak etmir.
Stopnarkotik.az