Paşinyandan işğaldakı 8 kəndimizlə bağlı həyasızlıq - "Ermənistanda olan Ermənistandır...

“Tavuş bölgəsində heç bir kəndin təslim edilməsindən söhbət belə getməyib və ola da bilməz”.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün çağırılan mətbuat konfransında Azərbaycanın 4 kəndinin geri qaytarılması ilə bağlı tələblərinə toxunaraq bildirib.

Tavuş bölgəsində heç bir kəndin təslim edilməsi ilə bağlı heç vaxt müzakirə olmayıb və ola da bilməz. Azərbaycan mətbuatında kəndlərin adları açıqlananda Ermənistan Respublikası ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da belə adda kəndlər olmayıb”, - deyə, Paşinyan növbəti dəfə həyasızcasına yalan danışıb.

Nikol Paşinyan hələ də işğal altında olan 8 kəndimizi sülh yolu ilə  qaytarmaq niyyətində olmadığını bəyan edib.

“Beynəlxalq sazişlərə görə, Sovetlər İttifaqı dövründə mövcud olan inzibati sərhədin o tayında olan şərti olaraq Azərbaycandır, bu tərəfdə olan Ermənistandır. Delimitasiya prosesində biz çalışmalıyıq ki, bu sərhədi hansısa formatda təkrar edək. Biz de-yure reallıqdan çıxış etməliyik. Ermənistanda olan Ermənistandır, Ermənistanda olmayan Ermənistanın deyil”, - deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, görünür, vaxtı ilə Laçında yallı gedib "Qarabağ Ermənistandır"  deyən Paşinyan Azərbaycan ordusunun başına endirdiyi zərbəni unudub.  Yadına salmaq lazım gələcək!/azpolitika