Paşinyan Sünikin bir hissəsini Azərbaycana verməyi planlaşdırır

Paşinyan Sünik-in bir hissəsini Azərbaycanın nəzarətinə keçirməyi planlaşdırır. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazır. 

Türkiyənin “Yeniakit” nəşri iddia edir ki, Ermənistan rəhbərliyinin uzun müddətdir davam etdirdiyi normallaşma planına əsasən, Zəngəzur dəhlizi boyunca Kəpan şəhərindən Naxçıvana qədər uzanan 1200 kvadrat kilometr ərazi Bakının nəzarətinə veriləcək.

Nəşr yazır ki, Paşinyanın “Dördüncü Respublika” adlandırdığı bu yeni regional geosiyasət çərçivəsində Türkiyə həm də Ermənistanın keçmiş Marqara sərhəd-keçid məntəqəsi yaxınlığında yerləşən kiçik təhlükəsizlik zonasının faktiki sahibinə çevriləcək. Bu ərazinin Türkiyənin xüsusi inzibati nəzarəti altında olacağı gözlənilir.

Stopnarkotik.az