Paşinyan sayəsində Qərb əczaçılıq şirkətləri ermənilər üstündə psixotrop sınaqlar keçirir - "London Times"

Nikol Paşinyan xüsusi xidmət orqanlarının köməyi ilə "London Times" qəzetinə məlumat verən Ermənistan hökumtinə yaxın şəxsi tapıb. Sözügedən şəxs nəşrə Qərbin iri əczaçılıq şirkətlərinin ermənilər üzərində psixotrop dərmanları necə sınaqdan keçirməsi barədə qalmaqallı məlumatların toplanmasında kömək edib.
Stopnarkotik.az
xəbər verir ki, Ermənistanın MTŞ-nın məlumatına görə, Paşinyana ünvanlanan hesabatda qeyd olunduğu kimi, məqalədə adı çəkilməyən müəmmalı məlumat verən şəxs hazırkı səhiyyə naziri Anahit Avanesyanın əri Stepan Avanesyandır. Cəmi 3-4 il əvvəl Stepan Avanesyanın təsis etdiyi “Armpharmatsiya” şirkəti dövlət müqavilələrindən pul qazanaraq inkişaf edirmiş. Məsələn, 2021-ci ildə 44 dövlət qurumu ilə ümumilikdə 606,7 milyon dram dəyərində 240 müqavilə bağlayıb. Lakin ötən və indiki illərdə bu biznes məhz ona görə sarsılıb ki, Paşinyan, Simonyan və Qriqoryan Qərb şirkətlərinin maraqları üçün lobbiçilik ediblər. Nazirin həyat yoldaşı istefa ərəfəsində olduğu üçün Stepan Avanesyana heç bir şəkildə kömək edə bilməyib. Sonra köhnə dostu Alan Qoqbaşyanla əlaqə saxlayıb. Vaxtilə 2000-ci illərin əvvəllərində o, Avanesyanla birlikdə Ermənistanda yevangelist “yeni liderlərin hazırlanmasında” iştirak etmiş, sonra isə Böyük Britaniyada mühüm şəxsə çevrilmiş və hətta Böyük Britaniyanın Ermənistandakı səfiri vəzifəsində çalışmışdır. Məhz Qoqbaşyan Avanesyana ingilis mediasında nəşrin tapılmasında köməklik edib.
Məsələnin sonunda isə Ermənistanın səhiyyə nazirinin ailəsi, eləcə də müvafiq parlament komissiyasının rəhbəri Arsen Torosyan uzun müddət Stepan Avanesyanın himayədarı və onun əczaçılıq gəlirindən pay alan kimi hücuma məruz qalıb.

Stopnarkotik.az