304 nəfər partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə Yeni Azərbaycan Partiyasından (YAP) sıralarından xaric olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədəYAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.
İdarə Heyətinin iclasında Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı partiyanın rayon (şəhər) təşkilatlarının təqdimatlarına da baxılıb.
İdarə Heyətinin üzvü Elnarə Akimova çıxış edərək məsələyə münasibət bildirib.
304 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.