Parlamentin iclasında gərginlik: deputatlar tüstü bombaları atdılar

Avropa İttifaqına namizəd ölkələrdən biri olan Albaniyada siyasi gərginlik səngimir.

Stopnatkotik.az xəbər verir ki, ölkənin müxalif Demokrat Partiyasının deputatları parlamentin bu gün keçirilən iclasına rəngli tüstü bombaları atıblar.

Bildirilir ki, parlamentin bugünki iclasında büdcə müzakirəsi nəzərdə tutulurmuş. Gərginliyə baxmayaraq, mübahisəli büdcə təsdiq olunub. Albaniyanın baş naziri Edi Rama, “Onlar küçənin dilini və yanaşmasını siyasətə gətirdilər. Onlar xaosa və zorakılığa əl atdılar", - deyə açıqlama verib. 

Alban mətbuatı baş nazir Ramanın parlament binasına daxil olmasından sonra müxalifət siyasətçilərinin hərəkətə keçdiyini və fişənglər yandırdığını elan edib. Araşdırmalar zamanı məlum olub ki, müxalifət bloku tüstülü bombaları torbada gətirib əldən-ələ paylayıb.

Qeyd edək ki, ötən həftələrdə də parlamentin iclasında müxalif deputatlar iğtişaş yaratmışdılar./"unikal"