Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 220-yə çatdı - MATƏM ELAN OLUNDU

Pakistanda daşqınlar nəticəsində torpaq sürüşmələri baş verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 220 nəfər həlak olub.

Ölkənin şimal-qərbində xilasedicilər gecə boyu dağıntılar altından daha 63 nəfərin meyitini çıxarıblar.

Qeyd edək ki, Xayber-Paxtunxva əyalətinin naziri Əli Amin Qandapur şənbə gününü matəm günü elan edib.