Pakistan "Tibbi Kannabisə Nəzarət və Tənzimləmə Agentliyi" yaradır.
Stopnarkotik.az xəbər verir ki, 2024-cü ilin fevral ayında Pakistanın keçmiş prezidenti Arif Alvi “tibbi dərman və sənaye məqsədləri üçün kannabisin becərilməsi, hasilatı, emalı, istehsalı və satışını tənzimləmək məqsədi daşıyan” agentliyin yaradılması haqqında qərar qəbul etmişdi.
2023-cü ildə ölkənin milli kannabis isyasətini hazırlayan "Pakistan Elmi və Sənaye Tədqiqatları Şurası" açıqlama verib: “BMT qanunlarında deyilir ki, əgər bir ölkə kannabislə əlaqəli məhsulları istehsal etmək, emal etmək və satmaq istəyirsə, onun təchizat zənciri ilə məşğul olacaq və beynəlxalq standartların gözlənilməsini təmin edəcək federal qurumu olmalıdır”.
Belə bir agentliyin yaradılması ilk dəfə 2020-ci ildə keçmiş baş nazir İmran Xanın dövründə təklif edilmişdi. Bu məsələ ilə bağlı qeyri-qanuni narkotik dövriyyəsinə nəzarət etmək üçün Pakistan Narkotiklərlə Mübarizə Qüvvələrindən istifadə etmək təklif edildi. Pakistanda çətənə yetişdirilməsi qeyri-qanunidir, lakin ölkənin bəzi ərazilərində çətənə becərilməsinin uzun tarixi var və hökumət bu fakta indiyə qədər məhəl qoymayıb. İndi Pakistan hökuməti yanaşmanı dəyişməyi planlayır və kannabisin texniki becərilməsi artıq qanunidir. Bununla belə, məsələyə dair qaydalar və xüsusi prosedurlar hələ də hazırlanır. Kannabisin becərilməsi üçün lisenziyaların beş il müddətinə verilməsi planlaşdırılır və hökumət onun hansı bölgələrdə becərməyə icazə veriləcəyini müəyyənləşdirəcək.
Prioritet hazırda çətənənin yetişdirildiyi ümumən 28.000 hektar əraziyə malik olan şimal-qərb Xeybər-Paxtunxva bölgəsi və cənub-qərbdəki Bəlucistan əyalətidir. Üstəlik, Əfqanıstanda Taliban narkotik ticarətinə qarşı şəxsi mübarizəyə başladıqdan sonra Pakistan hökuməti də tibbi çətənənin əkilməsi məsələsini ciddi gözdən keçirməyə qərar verib.
Stopnarkotik.az