Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs Tahirova Ruhiyyə Mürvət qızının məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəiqiqləsdirilib. Təqsirləndiirlən şəxsin vəkili Nicat İmanov müvəkkilinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verib. Hakim müşavirə otağına gedib gəldikdən sonra qərarı elan edib və vəkilin vəsatəti təmin edilməyib.
Məhkəmə prosesi oktyabr ayının 7-nə təyin edilib.
Xatırladaq ki, bu il mayın 30-da səhər saat 9 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində 38 yaşlı İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, 48 yaşlı Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Belə ki, onlar sevgili olublar.