Özbəkistana satışa gedən yarım tondan çox əfqan narkotiki tutuldu

Taliban Özbəkistandan keçirməklə yarım tondan çox narkotik satmağa cəhd edib. Belə ki, Əfqanıstan - Özbəkistan sərhədində 600 kiloqram narkotik maddə aşkar edilərək götürülüb.

Stopnarkotik.az-ın verdiyi xəbərə görə, yükün regionun ən böyük narkotacirlərindən biri və Talibanının içindəki güclü fiqurlardan biri olan Bəşir Nurzainin şəbəkəsinə aid olduğu güman edilir.

Aşkarlanan narkotik yükünün həcmi regionda Talibana bağlı narkoticarət şəbəkələrinin miqyasını və əhatə dairəsini ortaya qoydu.

Bu hadisə Talibanın Əfqanıstandakı "narkotiklərə qarşı müharibə" nağıllarının yaxşı illustrasiyasıdır...

Stopnarkotik.az