Özbəkistan məişət zorakılığına görə cəzaları sərtləşdirir

Özbəkistan məişət zorakılığına görə cəzaları sərtləşdirir. 

"Mən zorakılığın təsadüf olduğuna inanmıram. Bu, həmişə yetkin insanların seçimidir. Bu o deməkdir ki, biz onu dayandırmaq üçün seçim etməliyik", deyə Özbəkistanın Sosial Müdafiə Agentliyinin direktorunun birinci müavini Şahnoza Mirziyoyeva bildirib.

Bu bəyanat fonunda Özbəkistan qanunvericiliyə uşaqlara qarşı cinayətlərə görə mümkün olan ən sərt cəzanı nəzərdə tutan ciddi dəyişikliklər hazırlayır. Əsas təşəbbüslər arasında:

cinayət məsuliyyətinin gücləndirilməsi (yüngülləşdirici hallar olmadan);

qəddarlıq edənlər üçün uşaqlarla işləməyə ömürlük qadağa;

vahid reaksiya protokolları - zorlayanların cinayət məsuliyyətindən yayınmaması üçün.

Stopnarkotik.az