Özbəkistan Çindən yeni nəqliyyat marşrutu işə saldı

Özbəkistan Çinin Syamen limanından İran vasitəsilə Daşkəndə konteyner qatarlarının hərəkətinə başlayıb. Stopnarkotik.az bu barədə özbək media resurslarına istinadla bildirir.

Birinci qatara müxtəlif məişət texnikası - soyuducu, paltaryuyan maşın və qaz sobaları yüklənir. Çinin Syamen limanından “Sergeli” dəmir yolu stansiyasına 14 günə çatır. Marşrut qatarı 39 qırx futluq konteynerdən ibarətdir. Yüklər Syamendən dəniz yolu ilə İranın Bəndər Abbas limanına daşınırlar. Burada konteynerlər qatara yüklənərək İran və Türkmənistan ərazilərindən keçməklə Özbəkistana çatdırılır. Hazırda konteyner qatarı Özbəkistan ərazisini artıq keçib və iyunun 25-də Daşkəndə çatmalıdır.

Xatırladaq ki, daha əvvəl Özbəkistan və İran Türkmənistan üzərindən multimodal dəhlizin inkişaf etdirilməsi və Özbəkistan daşıyıcıları üçün rüsumların azaldılması barədə razılığa gəliblər.

Stopnarkotik.az