Dekabrın 13-də rayon ərazisində yerləşən oyun zalında bir nəfərin içərisində 1400 manatı, sənəd və bank kartları olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Azər Mahmudov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, A.Mahmudov Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qandallanıb.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az