Ötən il daimi yaşamaq üçün Azərbaycana 3016 nəfər gəlib

Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumlarına daimi yaşamaq üçün Azərbaycana gələn 3016 nəfər tərəfindən müraciət daxil olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Statistika Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycandan isə 2298 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 718 nəfər təşkil edib.