Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Dekabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat və 11 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Qeyd olunub ki, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd qumbara, 1 ədəd tapança, 1 ədəd patron darağı, 1 tüfəng və 8 ədəd patron aşkar edilərək götürülüb.