Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, iyunun 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 1 patron darağı və 2 ədəd patron təhvil götürüblər.
Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 2 tüfəng aşkarlanaraq götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində tədbirlər davam edir.