Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlandı

Azərbaycanda ötən gün vətəndaşlardan 10 silah götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd müxtəlif markalı avtomat silah, 2 tapança, 5 ədəd qumbara, 2 alışdırıcı, 6 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 530 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.