Mayın 9-da ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 48, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.