Ötən gün aşkarlanan narkotiklərlə bağlı RƏSMİ AÇIQLAMA

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 4-də ümumi çəkisi 4,9 kiloqrama yaxın narkotik vasitə götürülüb, yabanı halda bitmiş 40426 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.