Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 2-də ümumi çəkisi 6,8 kiloqramdan artıq narkotik vasitə və 7 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.