Ötən gün aşkarlanan narkotiklərlə bağlı RƏSMİ AÇIQLAMA

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 9-da ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə, 224 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.