Ötən gün aşkar olunan narkotiklərlə bağlı RƏSMİ AÇIQLAMA

İyunun 2-də ümumi çəkisi 1,1 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yabanı halda bitmiş 4960 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə olunur.