Mayın 16-da ümumi çəkisi 13 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 132 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir" - deyə nazirlikdən əlavə edilib.