ÖTƏN GÜN 9,2 KQ NARKOTİK AŞKAR OLUNUB - 1218 ədəd çətənə kolu məhv edilib

Avqustun 19-da ümumi çəkisi 9,2 kiloqramdan artıq narkotik vasitə, 10 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.

Bundan əlavə, yabanı halda bitmiş 1,8 tona yaxın çəkidə 1218 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. 

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə olunub.

Stopnarkotik.az