Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 14-də ümumi çəkisi 65,7 kiloqrama yaxın artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Stopnarkotik.az xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,9 kiloqrama yaxın heroin, 58,9 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın metamfetamin, həmçinin 8808 ədəd metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 105 ədəd çətənə kolu olub.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə DİN-in açıqlamasında bildirilir.