Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 18-də ümumi çəkisi 41,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12,1 kiloqramdan artıq heroin, 28,3 kiloqrama yaxın marixuana və 1 kiloqramdan çox metamfetamin olub.
“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.