ÖTƏN GÜN 3,2 KİLOQRAMDAN ÇOX NARKOTİK AŞKARLANIB - Rəsmi açıqlama

Noyabrın 21-də ümumi çəkisi 3,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə əlavə olunub.