Ötən gün 20 kiloqrama yaxın narkotik, 42 ədəd psixotrop tərkibli həb aşkar olunub

Mayın 13-də ümumi çəkisi 19,5 kiloqramdan artıq narkotik vasitə və 42 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb. 

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə edilib.

Stopnarkotik.az