ÖTƏN GÜN 100 KİLOQRAMA YAXIN NARKOTİK ƏLƏ KEÇİRİLİB - 5355 ədəd çətənə kolu məhv edilib

Aqustun 21-də ümumi çəkisi 98,5 kiloqramdan artıq narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkar olunub.

Bundan əlavə, yabanı halda bitmiş 2,4 tondan artıq çəkidə 5355 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. 

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən bildirilir.

Stopnarkotik.az