Bu gün Yevlaxda otellərin birində meyiti tapılan vəkil Elkin Kərimli həm də şair imiş.
Stopnarkotik.az kult.az-a istinadən xəbər verir ki, onun bir neçə şeiri “Ədəbiyyat qəzeti”ndə dərc olunub.
Həm qəzetdə, həm də özünün sosial şəbəkə səhifəsində paylaşılan şeirlərinin əksəriyyəti pessimist ruhda olub.
Qeyd edək ki, "Fortiori" vəkil bürosunun üzvü Elkin Zakir oğlu Kərimli Yevlax şəhərindəki “Həmdəm” otelində dərmandan zəhərlənərək ölüb.