Ordumuzun mövqeləri atəşə tutulub - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

Sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

Stopnarkotik.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.