Ordubad rayon sakini naməlum şəxs tərəfindən döyülüb.
Hadisə bu gün rayonun Dəstə kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Salmanova Aynurə Qasıməli qızı naməlum şəxs tərəfindən döyülüb. O, təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, A.Salmanova öncə arxadan zərbə ilə huşunu itirib və döyülüb.
Faktla bağlı araşdırma aparılır.