Ordu ilə bağlı yalan məlumatlar yayan şəxs həbs edildi - RƏSMİ AÇIQLAMA / YENİLƏNİB

Ordu ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan şəxsə cəza verilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən bildirilib.

Belə ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Pərviz İbrahimli barəsində 15 sutka inzibati tənbeh tədbiri tətbiq edilib.

***13:47

Sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür. 

DİN-in mətbuat xidmətindən Stopnarkotik.az-ın sorğusuna cavab olaraq bildirilib ki, davam etdirilən tədbirlərlə “Tik-Tok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs – 1998-ci il təvəllüdlü İbrahimli Pərviz Vüqar oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib. Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

Stopnarkotik.az