Keçmiş səhiyyə naziri Oqtay Şirəliyev bu gün dəfn olunacaq.
Stopnarkotik.az xəbər verir ki, onunla vida mərasimi saat 11:00-da Təzəpir məscidində baş tutacaq.
Oqtay Şirəliyev Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, O.Şirəliyev 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib. O, 2005-2021-ci illərdə səhiyyə naziri olub.