Hər dörd xəstədən biri narkotiki inyeksiya ilə vurur. Bu barədə Ukraynanın rəqəmləri açıqlanıb.
Stopnarkotik.az xəbər verir ki, Ukraynada opioid əvəzetmə terapiyası (OST) alan 434 xəstənin ətraflı tədqiqi müalicə ala-ala narkotiki inyeksiya ilə vurması ilə bağlı məlumat verdi. Nəticələr göstərib ki, 434 respondentdən 100-ü və ya 23%-i son bir ay ərzində iynə vurmağa davam edib. Bunlardan 28%-i bu müddət ərzində 20 gün və ya daha çox müddətə iynə vurub.
İnyeksiya edilən maddələrin bölgüsü aşağıdakı rəqəmləri ortaya qoyub. Onların 61% evdə hazırlanmış opioidlərdən (“şirka”), 40%-i alkoqol və stimullaşdırıcılar daxil olmaqla çoxsaylı narkotiklər və 24%-i stimulaşdırıcı narkotikləri inyeksiya edib.
Tədqiqat həmçinin əsas risk faktorlarını müəyyən edib və ölçüb. İnyeksiyanın davam etməsi ehtimalı metadon əvəzinə buprenorfin qəbul edən xəstələrdə 2,8 dəfə yüksək olub. Müalicə gedə-gedə narkotikin inyeksiya ilə vurulması fonunda aşağı OST dozası risk 1,7 dəfə artırıb, ağır asılılıq 2,3 dəfə artıb, alkoqoldan asılılıq isə 2 dəfə artıb. Hal-hazırda bu mövzuda konkret bir araşdırma yoxdur, amma opioid əvəvzetmə müalicəsi alan xəstələrinin demək olar ki, 50% iynə vurduqlarını söyləyirlər. Maraqlıdır ki, onlar məhz opioid əvvəzetmə müalicəsində aldıqları narkotiki özünə yeridirlər.
Stopnarkotik.az