"ONLAR TÖRƏTMƏYİB..." - Tacikistan XİN-dən Moskva terroru ilə bağlı bəyanat

Moskva vilayətində törədilən terror aktında vətəndaşlarımızın iştirakı ilə bağlı məlumat saxtadır.

Bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, Rusiya KİV-lərinin yaydığı məlumata əsasən, "Krokus Siti Holl"da hücum həyata keçirən 6 şəxsdən 4-nün kimliyi məlum olub.

Terakt törədən şəxslər Məhmədrəsul Nəsridinov, Rivojidin İsmonov, Şahincan Safolzoda, Rüstəm Nəzərovdur.

Onların hamısı Tacikistan vətəndaşıdır. Onlardan hansının saxlanıldığı hələlik məlum deyil.