Onlar narkotik asılılığından xilas olmağa çalışırlar... – REABLİTASİYA MƏRKƏZİNDƏN REPORTAJ / VİDEO

Son zamanlar Azərbaycanda narkotik istifadəçilərinin sayı həddindən çox artıb. Bu da qeyri-leqal narkotik dövriyyəsinin artması ilə bağlıdır. Dövlət bu tendensiyanın qarşısını almaq üçün bir çox işlər görür. Amma bu, gözlənilən effekti vermir.

Narkomaniyanın qarşısının alınmasında dövlət qurumları ilə yanaşı, müstəqil reablitasiya mərkəzləri də fəaliyyət göstərirlər. Həmin mərkəzlərdən biri də Bakının Goradil kəndində yerləşən "Birinci addım" İctimai Birliyidir.

Stopnarkotik.az sözügedən mərkəzini fəaliyyəti ilə yaxından tanış olub, İctimai Birliyin rəhbər heyəti və orada müalicə olunan, narkotik asılılığından xilas olmağa çalışan şəxslərlə müsahibə aparıb. Buyurun, izləyin.

Stopnarkotik.az